"Ukraynanın bufer dövlətə çevrilməsi Qərbi qane edəcək"

   "Ukraynanın bufer dövlətə çevrilməsi Qərbi qane edəcək"
  30 Noyabr 2023    Oxunub:814
Ukraynanın parçalanması və bufer dövlətə çevrilməsi Qərbi qane edəcək.
Türkiyənin Medya Günlüğü nəşrinin köşə yazarı Alper Eliçin bu iddia ilə çıxış edib. Onun fikrincə, ABŞ və Avropa İttifaqı Kiyevə həddindən artıq yardım göstərməyi özləri üçün faydalı hesab etmirlər. Əksinə, Qərb üçün Ukraynanın parçalanmış vəziyyətdə olması və yalnız bufer dövlət kimi mövcud olması kifayətdir.

Eliçin qeyd edib ki, Qərbin Rusiyanı zəiflətmək planları iflasa uğrayıb. Jurnalist hesab edir ki, Moskva sanksiyaların öhdəsindən uğurla gəlib və buna görə də münaqişədə iştirakını davam etdirə bilir.

AzVision.az


Teqlər:





Xəbər lenti