Naxçıvanın büdcəsinin müzakirəsi başladı

   Naxçıvanın büdcəsinin müzakirəsi başladı
  29 Noyabr 2023    Oxunub:1447
2024-cü ilə dair Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Ali Məclis rəsmi orqanı " Şərq qapısı" qəzetində qanun layihəsini dərc edərək, ictimai müzakirəyə çıxarıb.
AzVision.az xəbər verir ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 173105 000,0 manat, xərcləri 516365000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 343260000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 110 474 000,0 manat, yerli gəlirləri 62 631 000,0 manat, mərkəzləşdirilmiş xərcləri 464 440 000,0 manat, yerli xərcləri 51 925 000,0 manat) məbləğində təsdiq edilib.

Məlumat üçün bildirək ki, bu ilki büdcə layihəsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin apardığı islhatlar fonunda müəyyən edilmiş prinsiplər əsasında hazırlanıb. Burada maliyyə şəffaflığı əsas prioritet kimi diqqətdə saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti