Balakəndə yol qəzasında həlak olanların adları məlum olub

   Balakəndə yol qəzasında həlak olanların adları məlum olub
  29 Noyabr 2023    Oxunub:833
Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən şəxslərin adları məlum olub.
AzVision.az -ın APA-ya
istinadən məlumatına görə, rayonun Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974 təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızıdır.

Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti