Qızılca peyvənd bu şəxslərə vurulacaq - Rəsmi

   Qızılca peyvənd bu şəxslərə vurulacaq -    Rəsmi
  29 Noyabr 2023    Oxunub:2381
"Böyük yaşlı əhaliyə tətbiq ediləcək qızılca-məxmərək (QM) peyvəndi 11 yaşdan yuxarı şəxslərə vurulacaq".
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. O qeyd edib ki, QM (Qızılca-Məxmərək) vaksini qızılca xəstəliyi keçirməyən və peyvənddən kənarda qalan əhali arasında aparılacaq.

Peyvənd dövlət tibb müəssisələrində könüllü və ödənişsiz şəkildə tətbiq olunacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti