Gürcüstan mətbuatında Ulu Öndərlə bağlı məqalə yayımlanıb

Gürcüstan mətbuatında Ulu Öndərlə bağlı məqalə yayımlanıb
  29 Noyabr 2023    Oxunub:934
"Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı yazdığı məqalə Gürcüstanın “aktual.ge” , “24news.ge” saytlarında yayımlanıb.
“Azərbaycan- Gürcüstan strateji tərəfdaşlığının qurulmasında Heydər Əliyev amili” sərlövhəli məqalədə Ümummilli Liderin qurduğu və inkişaf etdirdiyi Azərbaycanla Gürcüstanla arasındakı əlaqələrlə bağlı tarixi faktlar yer alır.

Yazıda Ulu Öndərin müxtlif və gərgin dönəmlərdə Gürcüstanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı atdığı həlledici addımlar önə çəkilir.
Eyni zamanda Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirdiyi və Gürcüstanla əlaqələrimizin inkişafına verdiyi töhfələr qeyd edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti