"Qızılca peyvəndi könüllü vurulacaq"

   "Qızılca peyvəndi könüllü vurulacaq"
  29 Noyabr 2023    Oxunub:883
Qızılca əleyhinə vaksin milli peyvənd təqviminə müvafiq olaraq 2 dəfə - 12 aylığında və 6 yaşında vurulur. Lakin orta və yaşlı əhaliyə peyvəndin vurulması könüllü əsaslarla aparılacaq.
Bu barədə AzVision.az -a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatr verilib. Peyvəndləmə ərazi üzrə tibb müəssisələrində (Ailə Sağlamlıq Mərkəzləri, uşaq poliklinikaları və s.) aparılacaq.

“Peyvənd 1 dəfə vurulacaq. İlk növbədə peyvənd risk qrupuna aid olan insanlara və könüllü müraciət edən şəxslərə ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti