Martda ət və yumurta bahalaşıb

Martda ət və yumurta bahalaşıb
  15 Aprel 2013    Oxunub:1468
Ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 3,2 faiz, südün 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri 5,7 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,0 faiz, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb. Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,4 faiz, kartofun 0,2 faiz, göyərtilərin 0,7 faiz, pomidorun 0,5 faiz, balqabağın 3,1 faiz, baş sarımsağın 0,1 faiz, quru otun 3,2 faiz, yoncanın istehsalçı qiymətləri 0,8 faiz ucuzlaşmış, arpanın istehsalçı qiymətləri 0,7 faiz, kələmin 2,1 faiz, xiyarın 0,8 faiz, baş soğanın 0,1 faiz, cəfərinin istehsalçı qiymətləri isə 4,5 faiz bahalaşıb. Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,2 faiz, naringinin 6,7 faiz, almanın 2,7 faiz, şabalıdın 3,2 faiz, fındığın istehsalçı qiymətləri 1,0 faiz bahalaşmış, qozun istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşmışdır.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,2 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1,0 faiz, camışın 0,6 faiz, diri qoyun və keçilərin 0,8 faiz, qazın 0,5 faiz, qoyun ətinin (diri çəkidə) 0,7 faiz, quş ətinin (diri çəkidə) 3,2 faiz, südün 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri 5,7 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8 faiz ucuzlaşma müşahidə olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti