BMT: "Qarabağı tərk edən ermənilərə qarşı pis rəftar qeydə alınmayıb"

  BMT:  "Qarabağı tərk edən ermənilərə qarşı pis rəftar qeydə alınmayıb"
  30 Sentyabr 2023    Oxunub:749
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini təkr edərək öz istəkləri ilə Ermənistana gedən ermənilərin pis rəftara məruz qalmadığını açıqlayıb.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı deyib.

"Bilirəm ki, indiyədək qeydə alınan heç bir insident yoxdur. Heç bir pis rəftar halı qeydə alınmayıb. Bu, uzun yoldur, bu zaman tıxac insanlar üçün çətin vəziyyətdir. Amma azərbaycanlılar tərəfindən pis rəftar faktı qeydə alınmayıb".

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti təmin edilir. İndiyədək minlərlə Qarabağ ermənisinin Laçın sərhəd buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana üz tutublar.

Xatırladaq ki, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq paylayıb, tibbi yardım göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti