6 rayonda qaz olmayacaq

6 rayonda qaz olmayacaq
  10 İyun 2014    Oxunub:873
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Neftçala rayonuna və Salyan rayonunun bir hissəsinə, saat 13:00-dan 18:00-dək Şamaxı rayonunun bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Xaçmaz rayonunun bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Yevlax və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti