Canlı efirdə jurnalisti əlləyən şəxs həbs olundu – VİDEO
Bununla kifayətlənməyən xuliqan sanki heç nə olmayıbmış kimi, qızın hansı televiziyada işlədiyini soruşub və onunla danışmağa cəhd edib. Gənc jurnalist ondan çıxıb getməyi və işləməyinə mane olmamağı xahiş edib. Lakin həmin şəxs getməyib və bir qədər kənara çəkilərək, gözləməyə başlayıb.
Bütün bunlar canlı efirdə baş verdiyindən, verilişin aparıcısı Naço Abad məsələyə qarışaraq, həmkarını dəstəkləyib: “İza, mən başa düşürəm ki, bu, sənin üçün çox naqolay vəziyyət və iyrənc hərəkətdir...”
Bu əsnada qara eynəkli kişi yenidən qızı əlləməyə cəhd göstərib. Gedərkən isə saçlarını sığallayıb. Jurnalist qız baş verənlərə görə tamaşaçılardan üzr istəyəndə yaşlı həmkarı yenidən onun müdafiəsinə qalxıb:
- Biz bütün bunları çəkdik. Sənin üzr istəniləcək heç bir qəbahətin yoxdur, İzabella! Sən öz işini görürsən, amma bu zaman həmin idiot gəlib, canlı evfirdə sənin arxanı əlləyir. Onun belə etməyə heç bir haqqı yoxdur!
İspan mediasının yaydığı məlumata görə, polis artıq xuliqanı saxlayıb.
Samir Quliyev
AzVision.az
Teqlər: Xuliqan Gender Qısnama