İki nəfər yanıb

İki nəfər yanıb
  13 Aprel 2013    Oxunub:1171
Yanğın bu gecə Sumqayıt şəhərində baş verib.
Bu gecə Sumqayıt şəhərində yanğın olub. FHN-dən AzVision.az-a verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin hamam otağının və dəhlizinin lambirdən ibarət tavanı 18 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 2 nəfər ev sakini yanıq xəsarətləri alıb və Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:  





Xəbər lenti