Rəisi: məcburi hicabdan imtina düşmən planlarının nəticəsidir
“Hicabın açılmasının ardınca düşmən tərəfindən təfərrüatlı və hesablanmış bir plan aparılır. İran düşmənin bu planına və təfriqlərinə qarşı çıxmaq üçün ətraflı plana malik olmalıdır. Bir sıra qadınların hicabdan imtina etməsi səhlənkarlıqdır və onlara məlumat verilməlidir. Məqsəd və iradə ilə ölkənin ictimai nizamını pozmağa çalışan qadınlara qarşı nəzakətlə və qanun çərçivəsində mübarizə aparılmalıdır”, - Rəisi deyib.
İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf isə məhkəmə və hökumətin göndərdikləri hicab layihəsinin məşhurlar, normaları pozanlar, çılpaqlığın onlayn təbliğatçıları üçün təsirli bir maneə olacağına dair şübhə və narahatlıqların yarandığını bildirib. Qalibaf, həmçinin, cəmiyyətdə ikiqütblülük yaratmaq hallarının artması ilə bağlı narahatlıqların da olduğunu etiraf edib.
Bununla belə, o, məcburi hicab taxmamaqda günahlandırılan qadınlarla mövcud polis və məhkəmə münasibətlərini dəstəkləyərək, bu qurumların işində çatışmazlığın olmadığını bildirib.
İranda qadınların məcburi hicab taxmaqdan imtinası ötən ilin sentyabrından Məhsa Əmininin öldürülməsin və “Qadın, Həyat, Azadlıq” etirazlarının başlamasından sonra sürətlənib.
Hökumətin sərt cəzalar siyasətinə əl atmasına rəğmən, İranda qadınların vətəndaş müqaviməti və məcburi hicab taxmaqdan imtinası daha da geniş vüsət alıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


