Priqojin haradadır? - Kreml açıqladı
İyunun 23-də axşam “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri onun arxa düşərgələrinə hücum edib və döyüşçüləri ədalət üçün “yürüşlə Rusiyaya doğru irəliləyirlər”. Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib və Priqojinə qarşı silahlı üsyan təşkil etməkdə ittiham olunaraq iş açılıb.
İyunun 24-də səhər saatlarında "Vaqner" PMC-nin qüvvələri Rostov-na-Donuda inzibati binaları bağlayıb və Moskvaya doğru hərəkət etməyə başlayıb. Prezident Vladimir Putin PMC rəhbərinin hərəkətlərini "kürəyə vurulan zərbə" adlandırıb.
Həmin gün Belarus prezidentinin mətbuat xidməti Aleksandr Lukaşenko ilə Priqojin arasında aparılan danışıqlar barədə məlumat yayıb. Sonradan "Vaqner" PMC-nin rəhbəri döyüşçüləri yenidən sahə düşərgələrinə göndərmək qərarına gəldiyini elan etdi.
İyunun 27-də FSB Priqojinə qarşı cinayət işinə xitam verildiyini elan edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


