İsveçdə Quranın yandırılmasını etiraz olaraq Mərakeş səfirini geri çağırdı

İsveçdə Quranın yandırılmasını etiraz olaraq Mərakeş səfirini geri çağırdı
  29 İyun 2023    Oxunub:1067
İsveçin paytaxtında Quranın yandırılmasına etiraz olaraq Mərakeş hökuməti öz səfirini Stokholmdan geri çağırıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərakeşin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bunun kralın göstərişi ilə olduğunu vurğulayıb. Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda qeyd edilib ki, belə bir hərəkət Həcc mövsümü və Qurban bayramı ilə üst-üstə düşən müqəddəs dövrdə bir milyard müsəlmanın hisslərinə məhəl qoymadığı üçün məsuliyyətsizlik və düşmənçilikdir.

Qeyd edək ki, aksiya dünən Stokholmun mərkəzindəki Medboryarplatsen meydanında baş tutub. Yerli polis aksiyaya icazə verdiyi aksiyada 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir Qurandan səhifələri qoparıb yandırıb.

Hadisə müsəlman dünyasının, o cümlədən Mərakeşin ciddi qəzəbinə və hiddətinə səbəb olub. Nazirlik bildirib ki, səfirin geri çağırılması Mərakeşdən müsəlmanların dini hisslərini təhqir edən və alçaldacaq bu cür hərəkətləri pisləmələrinə açıq siqnaldır.

AzVision.az


Teqlər:



Xəbər lenti