O bildirib ki, respublikanın simvollarına qarşı qəbuledilməz zorakılıq gecəsi baş verib; bələdiyyə binalarına, məktəblərə və komissarlıqlara hücumlar olub və ya onların yandırılmasına cəhdlər edilib, hadisələr nəticəsində 150 nəfər həbs olunub.
***
Fransanın Nanter şəhərində yol polisinin əmrinə tabe olmayan əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin ölümündən sonra başlayan iğtişaşlar zamanı azı 77 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
İğtişaşçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına soxulmağa cəhd ediblər. Val-d'Oise departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb də yandırılıb.
Qeyd edək ki, iyunun 28-nə keçən gecə Nanterdə yol yoxlaması zamanı polis patrulu sarı “Mercedes” markalı avtomobili saxlamağa cəhd edib. 17 yaşlı sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis onu vuraraq yerindəcə öldürüb.
Xidməti silahdan istifadə edən polis əməkdaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb. O, nəzarətə götürülüb. Nanterin dövlət prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb. Hadisədən sonra Parisətrafı qəsəbələrdə iğtişaşlar dalğası baş verib, 24 polis yaralanıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


