Litva Ukraynaya 80 ədəd “Skywiper” göndərəcək

Litva Ukraynaya 80 ədəd “Skywiper” göndərəcək
  29 İyun 2023    Oxunub:1165
Litvanın Müdafiə Nazirliyi bir sıra silahların Kiyevə verilməsi layihəsini müzakirə etmək üçün respublika parlamentinə çıxarıb.
AzVision.az xəbər verir ki, söhbət dronlara qarşı istifadə olunan 80 ədəd “EDM4S SkyWiper” dəstindən, eləcə də bir neçə “Warmate” döyüş dron sistemindən gedir.

Layihəyə əsasən, Vilnüs Kiyevə 2 milyon 452 min avro dəyərində silah ötürmək niyyətindədir.

Litva Müdafiə Nazirliyinin qərarı artıq hökumət tərəfindən təsdiqlənib və hazırda parlamentdə baxılma proseduru gedir.

AzVision.az


Teqlər: Litva   Ukrayna  



Xəbər lenti