Nərgiz Məhəmmədi: “Rejimdən keçid İran xalqının iradəsidir”

   Nərgiz Məhəmmədi:    “Rejimdən keçid İran xalqının iradəsidir”
  28 İyun 2023    Oxunub:1766
Mövcud rejimdən çıxmağın həqiqiliyi və xüsusiyyətləri İran xalqının iradəsidir. Həbsdə olan siyasi məhbus Nərgiz Məhəmmədinin Avropa Parlamentində (AP) həyat yoldaşı Təqi Rəhmaninin oxuduğu məktubunda belə deyilir.

AzVision.az bildirir ki, AP-də bu məktubun oxunması parlament nümayəndələrinin, Almaniyanın iki partiyasının təmsilçiləri, habelə İran, Almaniya və Fransa hüquq müdafiəçilərinin iştirakı ilə Nərgiz Məhəmmədinin “Ağ işgəncə” sənədli filminin nümayişi ilə eyni vaxta təsadüf edib.

“Bu sistem dini istibdad və mizoginizmdir və mən buna qarşı mübarizə aparacağam. Hökumətlərin insan haqları qanunlarına uyğun olaraq sabit dəstəyi İran xalqının tiranlığı məğlub etmək, azadlıq və demokratiyanı həyata keçirmək hərəkatını dəstəkləyə bilər. Qadınların pozulmuş hüquqlarını bərpa etmək üçün İranlı qadın döyüşçülərə xüsusi dəstək verilməlidir. Mövcud rejimdən keçid dövründə və ondan sonra demokratiya və insan haqlarının həyata keçirilməsində qadınların rolunu çox vacibdir”, - Məhəmmədi deyib.

“Ağ işgəncə” sənədli filmini çox təsirli olduğunu deyən Almaniyanın Yaşıllar partiyasının nümayəndəsi, AP-nin deputatı Hana Nyuman İran hökumətindən Nərgiz Məhəmmədinin dərhal azadlığa buraxılmasını tələb etdiklərini söyləyib.

Almaniya Sosial-demokrat partiyasının təmsilçisi, AP-nin digər deputatı Delara Burkhardt isə işgəncələrin bütün formalarına, o cümlədən ağ işgəncələrə və həbsxanalarda təkadamlıq kameralara qarşı mübarizə aparmağın vacibliyini vurğulayıb.
AzVision.az



Teqlər: İran   Məhəmmədi  



Xəbər lenti