Ramin Hacılının Mirqədirovla nə əlaqəsi? - AÇIQLAMA

Ramin Hacılının Mirqədirovla nə əlaqəsi? - AÇIQLAMA
  26 May 2014    Oxunub:981
“Rauf Mirqədirovla bağlı hər hansı bir məlumatım olmayıb. Mənim getdiyim proqramlarla onun getdiyi proqramlar tam fərqli olub. Mənim getdiyim proqram Beynəlxalq Avropa hərəkatının proqramıdır. Sadəcə bizi birləşdirən yalnız odur ki, ikimizdə Ermənistana getmişik”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bildirib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsinə çağırılan gənc fəalın sözlərinə görə, o, sonuncu dəfə R. Mirqədirovla 2007-ci ildə görüşüb:

“Səfərdən başqa heç bir üst-üstə düşən məqam yoxdur. Umumiyyətlə, Rauf bəylə axrıncı dəfə 2007-ci ildə təlimdə görüşmüşəm. Ondan sonra bizim hər hansı kontaktımız olmayıb”.

R.Hacılı sabah saat 10-da Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsinə gedəcəyini də qeyd edib.

Qeyd edək ki, Ramin Hacılı Rauf Mirqədirovun işi ilə bağlı sabah saat 10-a Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsinə çağrılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti