Türkiyəli nazir Bakıya gəlib

Türkiyəli nazir Bakıya gəlib
  11 Aprel 2013    Oxunub:1503
Türkiyə Respublikasının Meşə və Su İşləri Naziri cənab Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti 10 aprel 2013-cü il tarixindən Azərbaycanda səfərdədir.
11 aprel 2013-cü il tarixində Türkiyə Respublikasının Meşə və Su İşləri Naziri cənab Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.

Daha sonra nümayəndə heyətinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü baş tutub.
Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində iki respublika arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Xatırladaq ki, nümayəndə heyətinin ölkəmizdə səfəri 13 aprel 2013-cü il tarixinədək davam edəcək.


Teqlər:  





Xəbər lenti