Onlara tort satmaq qadağan olundu

Onlara tort satmaq qadağan olundu
  11 Aprel 2013    Oxunub:5076
“Hanımeller” kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib
Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus . AzVision.az-a bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Bildiriblər ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 41, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus “Hanımeller” kulinariya evində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin istehsal olunan məhsullar üçün müəyyən edilmiş qaydada təqdiq olunmuş texnoloji təlimatı və resepturaları mövcud deyil, müxtəlif adlı tortlar, pirojnalar, şərq şirniyyatları, kulinariya məmulatları kortəbii şəkildə istehsal olunur, məhsulların markalanması aparılmır, məhsulların üzərində istehsal tarixi, saxlanma müddəti, saxlanma şəraiti, qida və enerji dəyəri haqqında məlumatlar göstərilmir. Həmçinin məhsulların keyfiyyəti və təhlükəsizliyinin normativ sənədlərə uyğunluğunu əks etdirən gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsul istehsalında istismar olunan ölçmə vasitələri isə müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus “Hanımeller” kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.


Teqlər:  





Xəbər lenti