“Xədicə İsmayılla Leyla Yunusu tanımıram” - Mirşahin

“Xədicə İsmayılla Leyla Yunusu tanımıram” - Mirşahin
  13 May 2014    Oxunub:890
Telejurnalist Mirşahin Ağayev jurnalist Xədicə İsmayıl və hüquq-müdafiəçisi Leyla Yunusun onlardan müsahibə almağa çalışan “ANS” müxbirinin ünvanına səsləndirdiyi ifadələrə münasibət bildirib.
Vitse-prezident “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin videogörüntü ilə bağlı geniş şərhə ehtiyac duymur:

“Mən Xədicə İsmayıl adlı jurnalist və Leyla Yunus adlı siyasətçi tanımadığım üçün şərh verməyim də düzgün olmazdı”.

Xatırladaq ki, həmin video görüntüdə Leyla Yunus istehza ilə “ANS” mikrofonunu göstərərək “mən də elə bildim siz jurnalistsiniz” ifadəsini işlədib, Xədicə İsmayıl isə müxbirə müraciət edərək həmin kanalda işləməyin ayıb oluğunu bildirib.




Teqlər:





Xəbər lenti