Sevgilisini doğrayıb çemodanlara yığdı

Sevgilisini doğrayıb çemodanlara yığdı
  22 Sentyabr 2022    Oxunub:1204
Polis Nyu-Yorkdakı mənzillərin birində qadın bədəninin hissələri olan çemodanlar tapıb.
AzVision.az xarici mediaya istinadla bildirir ki, hadisə Bruklin rayonunda baş verib. Qonşular mənzildən gələn xoşagəlməz qoxu ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Ümumilikdə otaqda insan bədəninin parçaları olan bir neçə çemodan tapılıb. Onların mənzilin 22 yaşlı sakininə məxsus olduğu ehtimal edilir. Qonşular bildiriblər ki, qızın tez-tez dalaşdığı sevgilisi olub. İndi polis onu dindirmək üçün axtarır.


Teqlər:





Xəbər lenti