Ukrayna müharibəsi nə vaxt bitəcək: Arestoviçdən yeni proqnoz
Arestoviçin sözlərinə görə, Rusiya həqiqətən danışıqlar istəyir və hər şey edir ki, Ukraynanı bu danışıqlara “çəksin”.
- Biz təslim olmaqdan danışmırıq, hətta mart ayında da təslim olmaqdan söhbət getmirdi. Onlar neytral statusda olmağımızı istəyirlər, elə Krımı və Donbası da özlərində saxlmaq niyyətindədirlər. Onlar Xersondan imtina etməyə hazırdırlar və mən buna yüz faiz əminəm. Elə sanksiyaların aradan qaldırılmasını da istəyirlər. Yəni sanksiyaları qaldırın ki, biz yaxşı hazırlaşaraq 5-6 ildən sonra yenidən sizə hücum edək , - Ukrayna rəsmisi deyib.
Tural Tağıyev
AzVision.az