"Onlar ABŞ madyanını Avropada çapırlar" - Lukaşenko

   "Onlar ABŞ madyanını Avropada çapırlar" -     Lukaşenko
  08 Avqust 2022    Oxunub:1216
Polşa rəsmi Minskə münasibətdə ən aqressiv dövlətdir. AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
-Polşaya baxın. Bizə qarşı ən aqressiv dövlətdir. Mən başa düşmürəm ki, bu niyə belədir? Bizdə etnik polyaklar yaşayır və normal insanlardılar. Onlar yaxşı işləyirlər, - Lukaşenko Miori Metal Prokat Zavodunun işçiləri ilə söhbəti zamanı deyib.

Belarus prezidenti Polşa siyasətçilərinin müstəqil olmadığını da bəyan edib.

- Onlar Amerika madyanının üstündə oturublar və Avropada çapırlar. Almanlar onlara nifrət edirlər, amma dözürlər. Niyə? Çünki amerikalılar onları dəstəkləyirlər. Polşalılar artıq Ukraynanın bir hissəsini qoparmağa, Belorusu isə bütöv şəkildə udmağa hazırdırlar, - o, fikirlərinə əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti