14 milyonluq korrupsiya

14 milyonluq korrupsiya
  05 Aprel 2013    Oxunub:1757
İtaliya hakimiyyəti Romadakı Vatikana məxsus müqəddəs Məryəm dəri-zöhrəvi klnikasına 7 il başçılq etmiş keşişi həbs edib. Franko Dekaminada hazırda ev dustağıdır.
İstintaqda müəyyən olub ki 2004-2011-ci illərdə Romadaki Dermatologiya institutuna başçılıq edən Franko Dekaminada klinikaya ayrılmış məbləğin oğurlanmasında iştirak edib. Vergi polisi keşiş Franko Dekaminadonu qanunsuz olaraq 4 milyon avro mənimsədiyi üçün tutub. Ümumilikdə isə 14 milyon pul oğurlanıb.

Oğurlanmış məbləğin bir hissəsini (1 milyon avroya yaxın) keşiş Toskanadan aldığı mülkə xərcləyib. Bundan başqa, onun vergi orqanlarına saxta hesab-faktura təqdim etdiyi də müəyyənləşib. Keşişdən əlavə polis 2 biznesmeni də həbs edib.Onlar həmçinin ev həbsinə salınıb.

İstintaq isə klinikanın büccəsinə ayrılan 600 million avronun çatışmazlığını aşkarlayandan sonra başlayıb.Papa Benedikt XVI öz taxtından imtina etməzdən əvvəl köməkçilərinə bu məsələ ilə məşğul olmalarını əmr etmışdı.


Teqlər:  





Xəbər lenti