Həkim səhvən kor gözün yerinə sağlam gözü çıxardı

   Həkim səhvən    kor gözün yerinə sağlam gözü çıxardı
  24 İyun 2022    Oxunub:588
Slovakiyada oftalmoloq cərrah xəstənin yanlış gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.
AzVision.az xəbər verir ki, hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişi kor gözünü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.

AzVision.az




Teqlər:





Xəbər lenti