Ağır yol qəzası: 1 ölü, 6 yaralı

Ağır yol qəzası: 1 ölü, 6 yaralı
  03 Aprel 2013    Oxunub:1320
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.
Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, aprelin 2-də saat 20.00 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Tovuz rayon sakini Zahir Cəfərov idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı beton divara vurub.

Nəticədə xəsarət almış Z.Cəfərov və sərnişinləri -Tovuz rayon sakinləri Mədət Əliyev, Gülarə Məmmədova, Laçın rayon sakinləri Sovet Xudaverdiyev, onun arvadı Xoşbəxt, oğlanları İslam və Orxan xəstəxanaya yerləşdirilmişlər. M.Əliyev orada ölüb.




Teqlər:





Xəbər lenti