Eks-müdafiə naziri prezidentə məktub yazdı

Eks-müdafiə naziri prezidentə məktub yazdı
  28 Mart 2014    Oxunub:909
Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev prezident İlham Əliyevə məktub yazıb.

AzVision.az-ın məlumatına görə, eks-nazir təqaüdlərin və sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı ölkə başçısına minnətdarlığını bildirib:

“Cənab Ali Baş Komandan!
Respublikamızın veteranları müharibə əlillərinin təqaüdlərinin, sosial müavinətlərin məbləğinin artırılması və yeni Prezident təqaüdlərinin təsis edilməsi barədə Sizin 2014-cü il 17 mart tarixli fərmanlarınızı böyük ruh yüksəkliyi və minnətdarlıq hissi ilə qarşılamışlar.

Hörmətli cənab Prezident! Bu fərmanlar Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən veteranlara göstərilən müntəzəm qayğının əyani təsdiqidir və onların daim dövlətimizin diqqət mərkəzində olmalarının bariz nümunəsidir.

Respublikanın çoxminli veteranları adından Sizə təşəkkürümüzü bildiririk”.

AzVision.az


Teqlər:  





Xəbər lenti