Əhalinin gəlirləri artıb - STATİSTİKA

Əhalinin gəlirləri artıb - STATİSTİKA
  01 Aprel 2013    Oxunub:1496
“Yanvar-fevral aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manat təşkil edib, onun hər nəfərə düşən həcmi 517,6 manat və ya ayda orta hesabla 258,8 manat olub”
AzVision.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələmiş, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artıb.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,4 faiz çox vəsait qalıb.


Teqlər:  





Xəbər lenti