“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)

   “Taliban”ın Orta Asiyaya sızması mümkündür –    Tacik ekspert (Eksklüziv)
  08 Sentyabr 2021    Oxunub:2100
“Taliban"ın Mərkəzi Asiyaya keçməsi mümkündür. Ancaq Tacikistan, Qırğızıstan və Qazaxıstanın KTMT-yə üzv olması faktını, Rusiyanın isə hazırda Əfqanıstanla sərhədlərini gücləndirməsini və KTMT-yə daxil olmayan Özbəkistan ordusu ilə birgə hərbi təlimlər keçirməsini nəzərə alsaq, Moskva heç vaxt "Taliban"ın Orta Asiyaya girməsinə icazə verməyəcək".
Bunu Azvision.az -ın rus redaksiyasına açıqlamasında tacik ekspert Xayrullo Mirsaidov deyib.
Onun sözlərinə görə, bu sistemdə bir zəif halqa var ki, o da Türkmənistandır.

"Türkmənistan özü də nəsə etməyə çalışır, amma təəssüf ki, bu ölkənin sərhədləri o qədər də möhkəm qorunmur. "Taliban"dan başqa digər radikal hərəkatlar - "Özbəkistan İslam Hərəkatı", İŞİD kimi terror təşkilatları var ki, onlar da regiona sızmağa çalışırlar.

İndi problem yalnız Pakistanın Çinin dəstəyi ilə Mərkəzi Asiya ölkələrinə nə dərəcədə təzyiq göstərəcəyindədir. Bəzi ölkələrin və bölgələrin bu təzyiqə tabe olması pis haldır. Bundan əlavə, müəyyən qüvvələrin bölgəyə göndərilməsi prosesi gedir. Məsələn, təkcə iyul-avqust aylarında 7 mindən çox pakistanlı turist vizası ilə Qırğızıstana gəlib. Rəsmi olaraq deyirlər ki, bu guya turizmdir və ya onlar oradan üçüncü ölkələrə gedirlər.

Üstəlik, indi Pakistan Tacikistana təklif edir ki, Düşənbə bir neçə yüz abituriyenti qəbul etsin. Amma həmin gənclərin həqiqətən də təhsil almaq istədiklərinə böyük şübhələr var”, - Mirsaidov bildirib.

Tural Tağıyev
Azvision.az


Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər: Taliban   Əfqanıstan   Orta-Asiya  





Xəbər lenti