Türkiyədə FETÖ əməliyyat keçirilib: 128 şübhəli saxlanılıb

Türkiyədə FETÖ əməliyyat keçirilib: 128 şübhəli saxlanılıb
  22 İyul 2026    Oxunub:273
Türkiyənin 22 vilayətində FETÖ ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı 128 nəfər saxlanılıb
Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, saxlanılanlardan 51-i həbs edilib, 14 nəfər barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib, digər şəxslərlə bağlı prosedurlar isə davam edir.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər təşkilatın mövcud strukturu çərçivəsində fəaliyyət göstərib, onun maliyyələşdirilməsində iştirak edib və sosial şəbəkələrdə FETÖ-nün təbliğatını aparıblar.

Türkiyənin daxili işlər naziri bildirib ki, son 10 ildə FETÖ-yə qarşı 72 mindən çox əməliyyat keçirilib.

Röya Əliyeva



Teqlər:






Xəbər lenti