Gömrük Məcəlləsi dəyişir : Bəzi mallara qadağa qoyulacaq

Gömrük Məcəlləsi dəyişir :    Bəzi mallara qadağa qoyulacaq
  13 İyul 2026    Oxunub:135
Gömrük Məcəlləsinə bir sıra dəyişikliklər edilir. Bununla bağlı qanun layihəsi parlamentin iyulun 13-də keçirilən plenar iclasının gündəliyinə salınıb.
Layihəyə əsasən, Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.

Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqla, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulub.

Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.


Teqlər: Gömrük   Qanun  



Xəbər lenti