Ömrə bədəl imtahan: Təlimatçı pilot tapşırığını verib özünü atdı

Ömrə bədəl imtahan: Təlimatçı pilot tapşırığını verib özünü atdı
  09 İyul 2026    Oxunub:179
Argentinada təlim uçuşu zamanı 42 yaşlı pilot-təlimatçı Leandro Bertazzo yüngülmühərrikli təyyarənin qapısını açaraq paraşütsüz təyyarədən tullanıb və həlak olub.
Təyyarədə onunla birlikdə olan 22 yaşlı kursant qadın bildirib ki, hadisədən əvvəl təlimatçı sakit şəkildə qulaqcığını çıxarıb, şəxsi əşyalarını səliqə ilə yığıb, təhlükəsizlik kəmərini açıb və ona “Nə etməli olduğunu bilirsən. Davam et” deyib. Bundan sonra o, təyyarədən tullanıb.

Kursant təyyarədə tək qalıb, fövqəladə vəziyyət siqnalı verib və hava gəmisini müstəqil şəkildə aerodroma endirməyə nail olub. Uçuş məktəbinin məlumatına görə, yaşadığı şoka baxmayaraq, o, enişi qüsursuz yerinə yetirib.

Pilotun cəsədi daha sonra hadisə yerinin yaxınlığındakı ərazidə tapılıb. Yerli hakimiyyət orqanları hadisənin əsas versiyasının intihar olduğunu bildiriblər. Pilotun yaxınlarının sözlərinə görə, o, psixi problemlərlə bağlı müalicə alırmış, lakin həmkarlarının bundan xəbəri olmayıb.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti