Rusiya raketləri səfirliyimizin binasını zədələyib │ FOTOLAR

   Rusiya raketləri səfirliyimizin binasını zədələyib    │ FOTOLAR
  19 İyul 2026    Oxunub:567
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.
Binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib.

Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.

Qeyd edək ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib.

"Azərtac" hadisə yerindən fotoları paylaşıb.








Teqlər: Kiyev   Ukrayna   Rusiya  






Xəbər lenti