Venesuelada ölənlərin sayı 5200-ü keçdi

Venesuelada ölənlərin sayı 5200-ü keçdi
  20 İyul 2026    Oxunub:667
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5069 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 5202 nəfər həyatını itirib, 17 mindən çox insan xəsarət alıb, 18 min 907 nəfər evsiz qalıb. 190 min bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib. Təbii fəlakət baş verən ərzailərdə 2 milyon tondan çox qalıq yığılıb.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 min 462 nəfər xilas edilib, 36 min 951 nəfər tibb müəssisələrində müalicə olunub. Bundan başqa, 128 min 324 ailəyə yardım göstərilib, 21 min 235 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib.Hazırd bərpa işləri davam etdirilir.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.


Teqlər:






Xəbər lenti