Tramp: "İranın elektrik stansiyalarını vuracağıq"

   Tramp: "İranın    elektrik stansiyalarını    vuracağıq"
  15 İyul 2026    Oxunub:315
"Hörmüz boğazına alternativ neft nəqli marşrutları tapmaq mümkündür". Bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib. O bildirib ki, Hörmüz boğazı gəmilər üçün marşrut açıqdır, lakin bu, İrana şamil edilmir.
ABŞ Prezidenti İrana zərbələrin sabah gecə və növbəti gecə də davam edəcəyini bildirib. "Əgər İran masa arxasına keçib danışıqlar aparmasa, bütün elektrik stansiyalarını, bütün körpülərini sıradan çıxaracağıq”,- deyə o əlavə edib.

Onun sözlərinə görə, İrana endirilən zərbələrin məqsədi Tehranın danışıqlar masasına qayıtmasına nail olmaqdır. Tramp deyib ki, əgər İran danışıqlara razılaşmasa, ABŞ hərbi əməliyyatları davam etdirəcək. Onun sözlərinə görə, zərbələr Vaşinqton qarşıya qoyduğu məqsədlərə nail olana qədər davam edəcək.


Teqlər: ABŞ   İran   Tramp  



Xəbər lenti