Məşhur şahmatçı Macarıstanın prezidenti ola bilər

   Məşhur şahmatçı Macarıstanın prezidenti ola bilər
  20 İyul 2026    Oxunub:699
Macarıstanın Baş naziri Peter Madyar əfsanəvi şahmatçı Yudit Polqara ölkə prezidentliyinə namizədliyini irəli sürməyi təklif edəcəyini bəyan edib.
Baş nazir 49 yaşlı Polqarı “milli birliyin simvolu” adlandıraraq, onun siyasi əlaqələrə deyil, müstəsna nailiyyətlərə əsaslanan beynəlxalq nüfuzuna diqqət çəkib. Bu gün tərəflərin görüşməsi planlaşdırılır.

Dünyanın top-10 şahmatçısı siyahısına daxil olan ilk qadın kimi tarixə düşən Polqar karyerası ərzində Kasparov və Karpov kimi dünya çempionlarını məğlub edib.

Onun namizədliyi hazırda siyasi qütbləşmənin qarşısını ala biləcək birləşdirici lider axtarışında olan Macarıstan üçün strateji bir gediş kimi qiymətləndirilir.

Tariyel
AzVision.az


Teqlər: Macarıstan  






Xəbər lenti