Nazirlik dünənki yanğınla bağlı açıqlama yaydı

Nazirlik dünənki yanğınla bağlı açıqlama yaydı
  30 Mart 2013    Oxunub:1162
FHN - yanğın zamanı iki maşın da yanıb
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda “AMİN” MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kv.m sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kv.m olan altıotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kv.m sahədə, habelə vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus “Skoda” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunub Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, yanğının söndürülməsinə kömək ediblər.


Teqlər:  





Xəbər lenti