Deputatla Oqtay Əsədov arasında mübahisə düşdü

Deputatla Oqtay Əsədov arasında mübahisə düşdü
  14 Mart 2014    Oxunub:920
Millət vəkili ilə spiker arasında mübahisə düşüb
AzVision.az xəbər verir ki, bu gün hökumətin Milli Məclisdə hesabatı dinlənilərkən millət vəkili İlyas İsmayılovla spiker Oqtay Əsədov arasında mübahisə yaranıb.

Hökumətin hesabatı haqqında fikirlərini bildirən millət vəkili İlyas İsmayılov hesabatın bəzi nöqsanları ilə bağlı fikirlərini bitirəndən sonra spiker Oqtay Əsədov millət vəkilinə irad bildirib. O,İlyas İsmayılova müraciət edərək bildirib ki, hesabatda bir dənə də olsun müsbət bir hal tapmayıb?

İlyas İsmayılov isə spiker Oqtayt Əsədova onun çıxışında ”nöqsan tapmamasını” deyib.

”Siz mənim çıxışımda nöqsan tapmayın. Sizin buna ixtiyarınız yoxdur”.

Spiker isə millət vəkilinə belə cavab verib: “Adam özünə hörmət edər. Siz bayaqdan danışırsınız, ancaq mən sizin bir sözünüzü kəsmədim. Günah sizdədir ki, şərait tapıb danışdınız”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti