Emin Əmrullayev "Cisco" şirkətinin nümayəndələri ilə görüşüb |
Məsələ ondadır ki, ekzoplanetləri birbaşa müşahidə etmək mümkün deyil. Heç bir teleskop onları görə bilməz. Buna görə də, astronomlar başqa ulduzların ətrafında fırlanan planetləri “tranzit metodu” adlanan üsulla kəşf edirlər. Yəni planet öz ulduzunun diskinin fonundan keçəndə, ulduzun parlaqlığında cüzi zəifləmə qeydə alınır. Və biz bilirik ki, onun qarşısından planet keçdi.
Yaxşı, bəs ulduz bir yox, iki olsa, necə? Onda onun qarşısından planetin keçdiyini necə biləcəyik? Cavab, təəssüf ki, ümidverici deyil: heç cür! Çünki planet ulduzun diskinin qarşısından keçəndə onun işığının zəifləməsini digər “həmkarı” kompensasiya edəcək.
Bizim Qalaktikadakı ulduz sistemlərinin təxminən 50%-i qoşa ulduza malik, “iki günəşli” sistemlərdirlər. Bu isə o deməkdir ki, Qalaktikadakı ulduz sistemlərinin ən azı yarısında Yer tipli planetləri bizim hazırda istifadə etdiyimiz “tranzit metodu” ilə qeydə almaq mümkün deyil.
Beynəlxalq qrupa daxil olan elm adamları “Cemini Rəsədxanası”nın Havay adlarında və Çilidə yerləşən iki teleskopu vasitəsilə 517 ulduzu tədqiq ediblər. Araşırma üçün əsasən F (sarımtıl-ağ), G (sarı) və K (narıncı) spektral siniflərinə malik ulduzlar seçilib. Məlum olub ki, onların 73-nün “həmkarı” var, yəni “qoşa günəşli” sistemlərdirlər.
İki ulduzun aralarındakı məsafə orta hesabla 100 astronomik vahidə (Bir astronomik vahid Yer ilə Günəşin arasındakı uzaqlıq qədərdir) bərabər olur. Kosmik miqyaslar üçün bu, çox yaxındır. Bir-birinə belə yaxın yerləşən ulduz cütlükləri bizim istifadə etdiyimiz “tranzit metodunu” Yer tipli planetlərin tapılması üçün tamamilə yarasız edir.
Demək, yeni metodların yaradılmasına ehtiyac var. Kosmos yeni metodları və tədqiqatçıları gözləyir. Ondan sonra Yer tipli ekzoplanetlərin sayı da artacaq.
Samir Quliyev
Azvision.az