Myanmada güclü zəlzələlər olub I Ölənlər var

   Myanmada güclü zəlzələlər olub  I Ölənlər var
  28 Mart 2025    Oxunub:1183
Myanmada 7,7 və 6,4 bal gücündə zəlzələ olub.
Bu barədə ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb. Birinci zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 10:20-də) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.

Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, ikinci təkanlar ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.

Qeyd olunub ki, bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub. Axtarış-xilasetmə işləri başlayıb.

Vurğulanıb ki, Mandalayda məscidin uçması nəticəsində ən azı 10 nəfər həlak olub. Bundan başqa, Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və rahibliyə hazırlanan bir nəfər həlak olub.


AzVision.az


Teqlər:





Xəbər lenti