“Starlink” Azərbaycanda xidmətə başladı

   “Starlink” Azərbaycanda xidmətə başladı
  29 Mart 2025    Oxunub:989
Amerikalı milyarder İlon Maska məxsus olan “SpaceX” şirkətinin “Starlink” yüksəksürətli internet peyki Azərbaycanda fəaliyyətə başlayıb.
AzVision.az xəbər verir ki, “SpaceX” şirkəti özünün “X” sosial şəbəkəsindəki səhifəsində belə məlumat yayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, “Starlink” Ermənistanda peyk interneti təqdim etməyə başlayıb. Xidmət ölkənin şəhərlərində və ucqar rayonlarında, o cümlədən əlçatmaz ərazilərdə mövcuddur.

Xatırladaq ki, 2023-cü il mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) ilə “SpaceX” şirkəti arasında Azərbaycanda “Starlink” internet xidmətlərinin istifadəyə verilməsi haqqında saziş imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti