Tramp Ağ evdə iftar süfrəsinə qatılıb

Tramp Ağ evdə iftar süfrəsinə qatılıb
  28 Mart 2025    Oxunub:1082
ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb.
O, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur:

“Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”,- deyə Tramp bildirib. O yeganə istəyinin sülh olduğunu əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti