Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq

Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq
  29 Mart 2025    Oxunub:1061
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində bu gün Türkiyə ilə üz-üzə gələcək.
AzVision.az -ın məlumatına görə, Xorvatiyada təşkil olunacaq VII qrupun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qarşılaşma Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.
AzVision.az



Teqlər:





Xəbər lenti