Zibil torbasından məxfi hərbi sənədlər çıxdı

Zibil torbasından məxfi hərbi sənədlər çıxdı
  29 Mart 2025    Oxunub:1070
Böyük Britaniyanın Nyukasl şəhərində küçədə tapılmış zibil torbasından çıxan sənədlərin həssas hərbi məlumatlar olduğu ortaya çıxıb.
AzVision.az “Sky News”a istinadla xəbər verir ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi (MoD) araşdırma aparır. 16 mart tarixində şəhərin Skotsvud məhəlləsində tullantı torbasından tökülmüş vəziyyətdə aşkar olunan sənədlər qarnizonla bağlı məlumatları ehtiva edir. Hökumət məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.

Sənədlərdə hərbçilərin rütbələri, iş qrafiki, elektron poçt ünvanları, silah paylanması qeydləri və hərbi obyektlərə giriş məlumatları yer alıb. Qeyd edilən sənədlərin Şimali Yorkşirdə yerləşən Katterik qarnizonuna aid olduğu bildirilir. Hərbi baza Nyukasldan təxminən 80 kilometr cənubda yerləşir.

Müdafiə Nazirliyinin açıqlamasında hadisənin ciddi bir təhlükəsizlik pozuntusu olduğuna inanılmadığı qeyd olunub: “Biz məlumatlarımızın qorunmasına çox ciddi yanaşırıq və bu insident dərindən araşdırılır. Məlumatlar sürətli şəkildə nəzərdən keçirilib və sənədlərdə əməliyyat baxımından kritik müdafiə informasiyasının yer almadığı müəyyən olunub”.

Tapılan sənədlər arasında silah anbarının açarları və siqnalizasiya kodları başlıqlı bir vərəqin də olduğu, bunun silah anbarına və təhlükəsizlik sistemlərinə aid ola biləcəyi ehtimal edilir.
AzVision.az



Teqlər:





Xəbər lenti