İsrail Qəzzanın cənubunda əməliyyatları genişləndirir

İsrail Qəzzanın cənubunda əməliyyatları genişləndirir
  29 Mart 2025    Oxunub:1284
İsrail Ordusu son saatlarda Qəzza zolağının cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cenina bölgəsində quru əməliyyatına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin teleqram kanalında məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı qüvvələr HƏMAS təşkilatının infrastrukturunu məhv edib. Eyni zamanda, İMQ və Qəzza zolağının hər yerində HƏMAS hədəflərinə hava zərbələri endirməkdə davam edir.

"Həftəsonu məhv edilmiş hədəflər arasında silah anbarları, reaktiv yaylım atəşi sistemləri, terrorçuların istifadə etdiyi hərbi binalar və digər terror infrastrukturları var. Zərbələr nəticəsində terrorçular məhv edilib. Onların bəziləri İsrail ərazisini minaatanlardan atəşə tutublar", - məlumatda qeyd olunub.


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti