Azərbaycan hava limanlarında yaz-yay mövsümü - Yeni istiqamətlər və artan uçuşlar

Azərbaycan hava limanlarında yaz-yay mövsümü - Yeni istiqamətlər və artan uçuşlar
  29 Mart 2025    Oxunub:892
Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları oktyabrın 25-dək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. Yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.
AzVision.az Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına istinadən xəbər ki, bu mövsümdə sərnişinlər Beynəlxalq Aeroportdan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:
Avropa: Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt
Yaxın Şərq: Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat
Türkiyə: İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman
Mərkəzi Asiya: Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd
Cənubi Asiya: Dehli, Mumbay, Lahor, İslamabad
Birləşmiş Ərəb Əmirlikləri: Dubay, Əbu-Dabi, Şarja
Digər istiqamətlər: Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx

Tranzit qovşağının gücləndirilməsi
Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir. Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb. Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.

Regional hava limanlarında genişlənən marşrut şəbəkəsi
Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional hava limanlarından uçuşların sayı artırılır və yeni istiqamətlər əlavə edilir:

Sərnişinlərə tövsiyələr
Yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur. Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür.

Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi veb-saytlarından məlumat almaları tövsiyə olunur.

AzVision.az



Teqlər: Aeroport   uçuşlar  





Xəbər lenti