Ərdoğan Putinlə Ukrayna və Suriyanı müzakirə edib

   Ərdoğan Putinlə Ukrayna və Suriyanı müzakirə edib
  28 Mart 2025    Oxunub:1040
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Tərəflər ölkələr arasında ikitərəfli münasibətləri, həmçinin mühüm regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş prosesi diqqətlə izləyir və sülh danışıqlarının təşkili də daxil olmaqla, hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Türkiyə Prezidenti Suriya məsələsində Rusiya ilə qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb. Onun fikrincə, bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir.

AzVision.az


Teqlər:





Xəbər lenti