Nazirlər Qarabağı müzakirə etdilər

Nazirlər Qarabağı müzakirə etdilər
  29 Mart 2013    Oxunub:1425
Rusiya və Ukraynanın xarici işlər nazirləri Dağlıq qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Ukraynanın xarici işlər naziri Leonid Kojaro Ukraynanın ATƏT-də təmsil olunması çərçivəsində Dağlıq qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Tərəflər ATƏT regionunda mövcud Dnestryanı, Kosovo münaqişələri və ATƏT-in gündəmində olan digər məsələrin diplomatik yolla həll edilməsi istiqamətində fikirlərini bölüşüblər.

Lavrov , Ukraynanın ATƏT-in sədri kimi bu münaqişələrin həlli istiqamətində fəaliyyətini dəstəklədiklərini deyib.

“Rusiya dondurulmuş münaqişələrin həllində vasitəçi ölkələrdən biridir. Ukrayna ATƏT-ə sədrlik edən ölkə kimi münaqişələrin nizamlanması istiqamətində böyük səylər göstərir. Rusiya da Ukraynaya bu fəaliyyətində dəstək verir”.


Teqlər:





Xəbər lenti