“Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev

  26 Fevral 2021    Oxunub : 1545
   “Rusiya və Azərbaycan dost ölkələrdir” -    İlham Əliyev
"İşğaldan azad edilən ərazilərin bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə mən artıq bəyanat vermişəm".
Azvision.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var", - deyə dövlət başçısı bildirib.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident